SERTİFİKATLAŞDIRMADA İŞTİRAK EDƏCƏK MÜƏLLİMLƏRLƏ GÖRÜŞ

    27 fevral 2024-cü il tarixində sertifikatlaşdırma prosesi ilə bağlı məktəbin direktoru Səidə Rəhimova tərəfindən müəllimlərə dəstək məqsədilə riyaziyyat və xarici dil müəllimləri ilə görüş keçirildi. Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıldı. Həmçinin, qeyd edildi ki, sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyacları da müəyyən edilir.

    Sonda sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı və müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi