“ANLADIM Kİ, ANA DİLİM ÜRƏYİMDƏN ÇIXMAZ MƏNİM!”

    21.02.2024-cü il tarixində məktəbimizdə ana dili və ədəbiyyatı müəllimlərinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş dəyirmi masa keçirildi.

    Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötürmək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

    Müzakirələr zamanı şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verildi. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulandı.

    Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar söylədi, hazırladıqları divar qəzetlərini təqdim etdilər.

#mekteb216

#fəalməktəb

#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi