MÜƏLLİM ÖMRÜ

    Bu gün uzun illər təhsil sahəsində çalışmış, pedaqoq kimi neçə-neçə şagird yetirmiş təqaüddə olan müəllimimiz Şəhla Nəsirlinin doğum günüdür. Bu münasibətlə məktəb rəhbərliyi təqaüddə olan müəllimimizin evində qonaq oldu. Direktor Səidə Rəhimova həm öz adından, həm də pedaqoji heyət adından 66 yaşını qeyd edən dəyərli ziyalımıza doğum günü münasibətilə səmimi ürək sözlərini və ən xoş arzularını çatdırdı. Həmçinin qeyd etdi ki, müəllimimizin keçdiyi yol, bilik və təcrübəsi bugünkü gənc müəllimlərimizə nümunədir.

    Şəhla müəllim ona göstərilən qayğıya, səmimi münasibətə, müəllim əməyinə verilən yüksək qiymətə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi