VALİDEYN İCLASI

    02.02.2024-cü il tarixində II, III, V sinif valideynləri ilə görüş keçirildi. Məktəb rəhbərliyi I yarimilin yekunları ilə bağlı şagird göstəriciləri və II yarimildə qarşıda duran vəzifələr haqqında valideynləri məlumatlandırdı. Məktəbdaxili qiymətləndirmədə zəif nəticə göstərən şagirdlərin valideynlərinə tədris keyfiyyətinin yüksəldilməsi ilə bağlı müəyyən tövsiyələr verildi.

    Daha sonra məktəb direktoru Səidə Rəhimova şagird davranış qaydalarının intizamlı təşkilindən, sağlam təhsil mühitinin formalaşması üçün valideyn-məktəb əməkdaşlığından söz açdı.

    Sonda valideynlərin təklifləri dinlənildi və sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi