20 YANVAR- AZADLIĞA GEDƏN YOLUN ZİRVƏSİ

    18.01.2024-cü il tarixində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar “20 Yanvar - azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tarix müəllimi Aynur Cəlil tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə geniş məlumat verdi.

    Qeyd olundu ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi