BREYN-RING

       22 dekabr 2023-ci il tarixində Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Breyn-rinq intellektual oyunu keçirildi.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, daha sonra isə vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
      Tədbiri giriş sözü ilə açan 216 nömrəli tam orta məktəbin direktoru Səidə Rəhimova ilk öncə gələn qonaqları, komandaları salamlayaraq yarış iştirakçılarına uğurlar arzuladı. Tədbirdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Ofeliya Məmmədzadə, Xəzər rayon Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon təşkilatının sədri Həzərxan Əbilov, Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru, polis kapitanı Xəyalə Həsənova və məktəb direktorları da çıxış edərək yarış iştirakçılarına uğurlar arzu etdilər.
       İntellektual oyunda birincilik uğrunda rayonun 23 tam orta məktəbi üzrə 138 nəfər şagird iştirak etdi.
      Gərgin mübarizə şəraitində keçən bilik mübarizəsi meydanında I yerə - 136 nömrəli tam orta məktəb, II yerə - 234 nömrəli tam orta məktəb, III yerə isə 120 nömrəli tam orta məktəbin komandası layiq görüldü.                         
       Qaliblər medal və diplomlarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi