Gender əsaslı zorakılığa YOX deyək!

       06.12.2023-cü il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə (UADM) “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində məktəbimizdə qrup treninqi keçirildi.
       Məktəbin VI-VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən treninqdə Şüvəlan UADM-ın psixoloqu Orxan Məcnunov zorakılıq formaları və zorakılıqla mübarizə yolları haqqında məlumat verdi. İştirakçılar mövzu ilə bağlı qrup müzakirələri aparıb və öz fikirlərini bildirdilər. Psixoloji aktiv oyunlar və tapşırıqlar sayəsində yeniyetmələr özlərini qrupa təqdim etmək, emosiya və hisslərini ifadə etməklə yanaşı, zorakılıqdan qorunmaq üçün “şəxsi zona” anlayışını öyrənərək tətbiq etdilər.   

#GenderƏsaslıZorakılığaYOXdeyək 
#16GünlükFəallıqKampaniyası 
#ZorakılığaSON

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi