Kiçik Akademiyanın ilk təqdimatı keçirildi

31 may tarixində 216 nömrəli məktəbdə "Kiçik Akademiya" nın ilk tədbiri keçirilib . "Su həyatımızda" mövzusuna həsr olunmuş tədbirdə KA -nın humanitar bölməsinin rəhbəri Röya Vəkilovanın VI sinif şagirdlərinin iştirakı ilə səhnələşdirdiyi rəvayətin videosu izlənilib , su haqqında şeirlər söylənib. Təbiət bölməsinin rəhbəri İlkin Mahmudovanın göstərişi ilə VII-VIII sinif şagirdlərinin suyun elektrik və istilik keçirməsi, təzyiqi, sıxlığı haqqında, Şavəli Babayevin rəhbərliyi ilə VI-VIII sinif şagirdlərinin "Su coğrafi təbəqədə" mövzusunda hazırladıqları videotəqdimatlar nümayiş olunub. Texniki bölmənin rəhbəri Mehriban Ramazanovanın Qarabağ bölgəsinin su ehtiyatlarının faizlə, ölçü ilə dəyəri, dünyadakı buzlaqlar mövzusunda şagirdlərlə hazırladıqları geniş videotəqdimat, incəsənət və yaradıcılıq qrupunun rəhbəri Əfsanə Filmanovanın rəhbərliyi altında şagirdlərin işlədikləri təbiətin iki fəslində suyu əks etdirən rəsmlər nümayiş olunub. KA-nın vitse-prezidenti Günel Bağırovanın tapşırığına əsasən, VIII sinif şagirdlərinin hazırladıqları "Canlıların həyatında suyun rolu, bitkilərin torpaqdan suyu sovurmağı və bunun təcrübi yolla sübutu" haqqında videotəqdimat izlənilib. KA-nın prezidenti Təranə Əmirovanın tapşırığına əsasən, bütün dinlərdə su, Zəm-zəm suyu, su çərşənbəsi haqqında şagirdlərin hazırladıqları videolar təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi