"Rəqəmsal bacarıqlar" viktorinası

Məktəbimizdə artıq ikinci ildir ki, “Rəqəmsal bacarıqlar” (Alqoritmika) layihəsi çərçivəsində şagirdlərimiz proqramlaşdırmanı, müəllimlə birlikdə oyun və cizgi filmləri yaradırlar. Yalnız bu günün yox, gələcəyin tələblərinə cavab verən biliklərə malik şagirdlərin yetişdirilməsində, xüsusilə qeyri standart düşüncə tərzinə malik şagirdlərin aşkara çıxarılmasında, onların intellekt səviyyəsinin yüksəldilməsində və nəhayət informasiya cəmiyyətinin bacarıqlı üzvlərinə çevrilmələrində informatika müəllimlərimizin əməyi çox böyükdür. Şagirdlərin bacarıqlarını nümayiş etmək məqsədilə məktəbimizin informatika müəllimləri Nailə Həsrətova və Nüşabə Sultanova yanvarın 10-da "Rəqəmsal bacarıqlar" adlı viktorina keçirdilər. Viktorina 3 mərhələdə elektron olaraq keçirildi. Yarışma zamanı hər qrupda 12 nəfər olmaqla  2 qrup arasında aparıldı. Yarışmanın sonunda 2 qrupdan cəmi 3 nəfər qalib oldu. Qaliblər proqram tərəfindən müəllimlərin müdaxiləsi olmadan təyin olundu. Sonda qaliblər diploma layiq görüldü və bütün iştirakçılar mükafatlandırıldılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi