"Vətən şəhidləri ilə ucalır” adlı inşa müsabiqəsi

“20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”naəsasən məktəbimizin IX –cu sinif şagirdləri arasında “Vətən şəhidləri ilə ucalır” adlı inşa yazı müsabiqəsi təşkil olundu. Şagirdlər o gün baş verən qətliyamı, bu hadisə ilə bağlı öz düşüncələrini əks etdirdilər. 20 Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”ahəsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizi daim yad etmək biz gənc nəslin borcudur.