Məktəb rəhbərliyinin olimpiada qalibləri ilə görüşü

Respublika Fənn Olimpiadasının rayon (şəhər) məhələsinin nəticələri açıqlanıb. Mətəbimizin 15 şagirdi müxtəlif fənnlər üzrə uğur qazanaraq olimpiadanın növbəti mərhələsinə keçmişdir. Bu məqsədlə məktəbin direktoru Fəttah Fəttayev, direktor müavinləri Vəfa Bayramova və Tural Taqiyevin rəhbərliyi ilə kitabxanada yarımfinala keçən şagirdlərlə görüş təşkil edildi. Görüşdə bir çox tövsiyyələr verildi və növbəti mərhələdə uğurlar arzulandı. Sonda şagirdlər diplomlarla təltif edildilər.