Ekoloji konfrans

Təbiətin çirkləndirilməsi müasir dünyanın harmoniyasını pozan başlıca amildir. Texniki tərəqqinin fantastik səviyyəsinə yiyələnə bilmiş insan çox vaxt təbiətin bir parçası olduğuna bigaləlik göstərir, yaradılışın nizamına amansız zərbələr vurur. Bu baxımdan ,sənaye-texnoloji və digər fəaliyyətlərin ətraf mühitə vurduğu zərərlərin təsirinin azaldılması, xüsusən də istehsalat proseslərinin tullantılarının təkrar emalı məsələləri son iki əsrin daim diqqətdə saxlanılması vacib olan ən qlobal problemlərindən olaraq qalmaqdadır. Bu məqsədlə məktəbin akt zalında Arzu Alışqızının təşkilatçılığı ilə “Ekoloji konfrans” təşkil olundu. Konfransda VI və VII sinif şagirdləri iştirak etdi. Diskussiya şəklində təşkil olunan konfransda şagirdləri maraqlandıran suallar ətrafinda müzakirə aparıldı.