“BEYNƏLXALQ UŞAQ KİTABI GÜNÜ” İLƏ ƏLAQƏDAR DƏYİRMİ MASA

 2 aprel tarixində məktəb-liseyin kitabxana müdiri Sona Hüseynova “Beynəlxalq uşaq kitabı günü” ilə əlaqədar IVa sinfinə kitabxanada dəyirmi masa keçirtdi.

 Kitabxana müdiri Sona Hüseynova şagirdlərə bu tarixdə əlamətdar günün ilk dəfə 1967-ci i ildə qeyd edilməsini təklif edən Alman yazıçısı Yella Sepman olduğunu bildirdi.

 Uşaqların oxumağı bacarmadığı dövrdən onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzinin formalaşmasından, hər bir uşağın erkən yaşından etibarən kitabla tanış olmasından danışdı.

 Kitab uşaqların zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının zəngin tarixinə, keçmişinə dərindən bələd olmasına imkan yaradır.

 Uşağların kitab oxuması üçün maraq və həvəsin olması şərtdir, milli mədəniyyət və ənənələrə sadiq vətəndaş kimi yetişmələri, eləcə də şəxsiyyət kimi formalaşması barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi