MAARİFLƏNDİRİCİ SÖHBƏT

29 mart tarixində məktəb-liseyin həkimi Seyidova Aynurə və tibb bacısı Binyətova Ləzifə tərəfindən IIa, IVb, Vb siniflərində “Su çiçəyi infeksion xəstəlikdir” mövzusunda maarifləndirici söhbət aparıldı. Məlumat verildi ki, xəstəlik hava damcı yolu ilə yayılan infeksion xəstəlikdir. Qeyd olundu ki, xəstəliyi daha yüngül keçirtmək üçün vaxtında peyvənd olunmalıdır.

 Gigiyena qaydalara düzgün riayət etmək, sağlam qidalanmaq, immunitetimizi möhkəmləndirmək xəstəliyi daha yüngül keçirtməyimizə səbəb olur. Şagirdlərə izah olundu ki, xəstəlikdən şüphələnən vaxt həkimə müraciət etsinlər. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi