“İDMANÇILARIN YARIŞA HAZIRLIĞININ PSİXOLOJİ YANAŞMASI” MÖVZUSUNDA DƏYİRMİ MASA

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 1 mart tarixində məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva tərəfindən “İdmançıların yarışa hazırlığının psixolojı yanaşması” mövzusunda məktəbin V-IX siniflərindən idmanın müxtəlif növləri üzrə məşğul olan idmançı şagirdləri ilə dəyirmi masa keçirildi.

Şagirdlərə yarışlara psixolojı cəhətdən hazır olmaq, həyacan və gərginliyin aradan qaldırılması, onlarda müsbət emosiyaların uzun müddətli olması ilə bağlı bir sıra tövsiyyələr verildi. Sonda idmançı şagirdlər iştirak etdikləri yarışlardan, qazandıqları uğurlardan, idmanın onların xarakterində formalaşdırdığı bir sıra müsbət xüsusiyyətlərdən danışdılar.Öz həyacan və gərginliklərini aradan qaldırmaq üçün istifadə etdikləri texnikalar haqqında məlumat verdilər.

Dəyirmi masada uşaqlarla məktəbdənkənar və sinifdənxaric tətbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi