1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR

1 mart tarixində məktəb-liseyin Vb sinfində şagirdlərlə “Mülki Müdafiə Günü” ilə əlaqədar olaraq maarifləndirici dərs keçirildi. Məktəb-liseyin GÇHR Musayev Elçin milli müdafiənin məqsədindən, əhalinin mühafizəsinin təşkilindən, fövqəladə hallar zamanı mühafizə sahəsində əhalinin hazırliğının təmin olunmasından, vətəndaşların mühafizə qurğularında daldalandırılmasından, təhkükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsindən, fərdi mühafizə vasitələrindən hamının isdifadə etməsinin zəruriliyindən danışdı.

Daha sonra şagirdlərə qanaxmalar, yanıqlar, qırıqlar, çıxıqlar haqqında məlumat verildi. İlkin tibbi yardımın necə edilməsindən danışıldı. Şagirdlərə qanaxmalar zamanı ilk tibbi yardımın necə olunmasına aid kiçik bir video carx da təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi