"PEŞƏMİZ GƏLƏCƏYİMİZ" ADLI "ACIQ QAPI"

Fevral ayı peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi bütün məktəblərdə “ Peşə ayı” elan olunubdur və bu məqsədlə məktəblərdə 3 istiqamət üzrə tədbirlər həyata keçirilir.

23 fevral məktəb- liseyin peşə təmayüllü siniflərində “ Peşəmiz gələcəyimizdir” adı ilə sahibkar, özəl və dövlət qurumlarının nümayəndələri üçün “Açıq qapı” keçirilmişdir.

“Açıq qapı” günündə Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin İnsan Resusları və Təhsilalanlar üzrə mütəxəssisi Sevda Ağayeva; Jurnalist, Narkotiklə Mübarizə Federasiyasının bədii rəhbəri və eyni zamanda “Ay Studio” salonun şəxsi sahibkarı- Möminə Şahvələdqızı; H.A salon sahibkarı- Hüseyn Ağayev; Suraxanı rayonu 24 saylı şəhər xəstəxanasının IT Help Desk üzrə mütəxəssisi- Toğrul Rəcəbli; Bərbər salon sahibkarı- Ülvi İsmayılov iştirak etmişdilər.

Görüşdə qonaqlarımız peşə təmayüllü siniflərin fəaliyyəti ilə bağlı məktəbin direktor əvəzi Məleykə Abışovanın çıxışını, qrup rəhbəri Təhməzova Aytəkinin hesabatını dinləmişdilər.

Dəvətimizi qəbul edib gələn qonaqlarımıza təşəkkür edirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi