DƏYİRMİ MASA

 28 fevral tarixində X-XI sinif oğlan şagirdləri ilə “Milli vətənpərvərlik hissinin formalaşdırılması məqsədilə gənclərin orduda xidmətə və vətəni qorumağa mənəvi-psixolojı hazırlığı” mövzusunda dəyirmi masa keçirildi.

Məktəb-liseyin hərbi rəhbəri Musayev Elçin GÇH fənninin tədrisinin məqsədindən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətin müqəddəs və şərəfli bir vəzifə olmasından danışdı.

 Eyni zamanda hərbi rəhbər II Qarabağ döyüşlərində Ordumuzun hərbi qüdrətindən, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan ətraflı şəkildə məlumat verdi.

 Məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva isə qeyd etdi ki, müasir döyüşdə xalqına, dövlətinə sonsuz məhəbbət bəsləyən, döyüş hazırlığı və mənəvi psixolojı durumu yüksək olan əsgər qalib gəlir. Ona görədə hər bir gənc əvvəlcədən özünün psixolojı cəhətdən hərbi xidmətə hazırlamalı, xalqın və vətənin qrşısında vətəndaşlıq məsuliyyətini dərk etməlidir.

 Sonda şagirdlərin fikirləri, düşüncələri dinlənildi, suallarına cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi