XOCALI SAĞALMAYAN YARAMIZ

 26 fevral Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə sinif rəhbəri olduğu VII B sinfində Xocalı faciəsinin 32-ci il dönümü ilə bağlı xüsusi dərs təşkil etdi.

  Dərsin əvvəlində şagirdlərdən "müharibə" dedikdə onlarda hansı təəssüratın yarandığını soruşan müəllim bir neçə fikir aldıqdan sonra həmin fikirlər qeyd edildı. Müəllim bu günün Birinci Qarabağ müharibəsi tarixində ən acı gün olduğunu vurğulamış, erməni vandallarının xalqımızın başına açdığı müsibətlərdən danışmışdır. Uşaq, qadın, yaşlı demədən hər kəsi silahlarına nişan edən ermənilərin tək məqsədinin türk millətinin soyunu kəsmək, bizə divan tutmaq, torpaqlarımızı işğal etmək olduğu qeyd edilmişdir.

  Sonra isə şagirdlərdən Nuray Sadıqova, Əsmər İbrahimli Xocalı qətliamının şahidi olan qohumlarından danışdı. Sanki o dəhşətin təəssüratlarını bölüşərək sinfi bir anlıq həmin ana apardılar. Ermənilərin törətdiyi qətliamın şəkillərinə baxan şagirdlər duyğusal anlar yaşadı.

  Müəllim sonda İkinci Qarabağ müharibəsindən danışıb dərsi yüksək əhvali-ruhiyyədə bitirməyə çalışdı. Çünki bizim yaralı, qan ağlayan yaramız olan Xocalının intiqamı məhz İkinci Qarabağ müharibəsində alındı. Bizi qırmağa, kökümüzü kəsməyə çalışan ermənilərin arzuları gözündə qaldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi