MEMAR ƏCƏMİ MÖVZUSUNDA AÇIQ DƏRS

 21 fevr tarixində məktəb-liseyin Vb sinfində carı planlaşdırmaya əsasən açıq dərs keçirildi. Açıq dərs sinif rəhbəri Kazımova Samirənin rəhbərliyi altında təşkil olundu. Açıq dərsdə direktor əvəzi Abışova Məleykə, fənn müəllimləri Cabbarova Sədaqət, Əsgərova Təranə, Həşimova Vəfa, UBTR Çerpanova Möminə iştirak etdi. Açıq dərs Azərbaycan dili fənnindən “Memar Əcəmi” adlı mövzuya həsr olunmuşdur. Dərs zamanı mövzuya aid hazırlanmış slayd təqdim olundu. Slaydda Memar Əcəmi və onun yaratdığı bir neçə memarlıq abidələri nümayiş olundu. Daha sonra mətnin fərdi şəkildə oxusu təşkil olundu. Mətnin məzmunu ilə tanışlıqdan sonra şagirdlər qrup şəkildə verilən tapşırıqların icrasına başladılar. Tapşırıqlar bitdikdən sonra hər bir qrup öz işinin təqdimatını etdi. Təqdimatdan sonra qrup işlərinin qiymətləndirilməsi oldu. Qiymətləndirmə bir neçə meyara əsasən keçirildi. Açıq dərs ev tapşırığının verilməsi ilə yekunlaşdı.

 Dərs bitdikdən sonra açıq dərsin müzakirəsi keçirildi. Müzakirə zamanı dərsin  təşkili, müəllimlərin irad və təklifləri bildirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi