BULLİNQ MÖVZUSUNDA SEMİNAR

14 fevral tarixində VIIb, VIIc sinif şagirdləri ilə məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva və uşaqlarla məktəbdənkənar və  sinifdənxaric işi üzrə İlhamə Əsgərova tərəfindən bullinq mövzusunda seminar keçirildi.

 Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması, hansı xüsusiyyətə malik şagirdlərin daha çox bullinqə məruz qalması hallarının vaxtında qarşısının alınması idi.

 Şagirdlər bullinqin nə olması, bullinq davranışının bir sıra zərərverici fiziki və emosional təsirləri, ruhi sağlamlığa göstərdiyi mənfi zərərləri haqqında geniş maarifləndilər.

 Eyni zamanda şagirdlərə bullinqə məruz qaldıqda, bu halı müşahidə etdikdə necə davranmaq və kimlərə müraciət etmək haqqında tövsiyyələr verildi.

 Sonda şagirdlərin fikirləri dinlənildi və suallarına cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi