İNGİLİS DİLİNDƏ TƏŞKİL OLUNAN TƏDBİR

Dekabrın 25-i məktəbin ingilis dili müəllimləri Tahirə Həsənova, Xatirə Məmmədovanın təşkilatçılığı ilə “ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” ilə əlaqədar olaraq “ Happy New Year” adlı tədbir keçirildi. Tədbirdə Xb, VIIa , VIb, Vb sinif şagirdləri iştirak etdi.Şagirdlər müxtəlif şeir və musiqi nömrələri ilə çıxış etdilər. Sonda məktəbin direktoru Səbinə Əliyeva şagird və müəllimləri “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibəti ilə təbrik etdi və onlara uğurlar arzuladı.