Böyük Azərbaycan şairi İmadəddin Nəsimi

  Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planının 1-ci bəndinə əsasən 18.04.2019-cu il tarixində məktəbin 6 "B" sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Nəsrullayeva və məktəbin direktor müavini İlhamə Qurbanovanın təşəbbüsü ilə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təqdimat keçirildi.

  Şagirdlər İ.Nəsimin həyatı və yaradıcılığı haqqında divar qəzetləri, fotostend, buklet təqdim etdilər. Onlar şair haqqında mühazirələr oxuyub, böyük şairin müəllifi olduğu qəzəllərdən söylədilər.

  İmadəddin Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi