Aprel şəhidi Tural Dadaşovun ailəsini ziyarət etdik.

Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi.Döyüşlər zamanı qəhrəmanlıq göstərən əsgərlərimizdən biri də məktəbimizin məzunu Tural Dadaşov olmuşdur. Tural Sabir oğlu Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olmuş, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsini bitirmiş,

2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olmuşdur. Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salınmışdır.

Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə,həm də ölümündən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə də təltif edilmişdir.Biz də şəhidimizin anım günündə onun ailəsini ziyarət etməyi özümüzə borc bildik. Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə birlikdə Turalın valideynləri ilə görüşdük. Bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi