HAQQIMIZDA

     Bakı şəhəri Nizami rayonu 210 №-li tam orta məktəb 1966-cı ildən fəaliyyətə başlamışdır. Yarandığı gündən etibarən məktəbdə təlim rus dilində aparılmışdır. 1989-cu ildən  etibarən məktəbdə Azərbaycan bölməsi açılmışdır. Hal-hazırda məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır.

     1985-ci ilədək "Nümunəvi Mədəniyyət məktəbi" adını daşımışdır. 2006 - 2021-cü illər ərzində məktəbin 48 məzunu ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmişdir. 2014-cü ildə məktəbin bir şagirdi təlimdə müvəffəqiyyətə görə qızıl medala layiq görülmüşdür.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2011-  2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur.

     Məktəb 2 növbədə fəaliyyət göstərir. Hazırda məktəbin 49 sinfində 1375 şagird təhsil alır. Onların  təlim-tərbiyəsi ilə 92 müəllim məşğul olur. Məktəbin şagirdləri bir çox yarışlarda iştirak edir və uğur qazanırlar.

     Məktəbin pedaqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə keyfiyyətli bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirmək və cəmiyyətə vətənpərvər, milli əxlaqi dəyərlərə malik xeyirli vətəndaşlar yetişdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi