Məktəbimizdə “ Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri keçirilmişdir.

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə “ Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbimizin akt zalında “ Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri keçirilmişdir. Məktəbin informatika fənn müəllimi Şabanova Elnarənin təşkil etdiyi tədbirdə rəhbərlik etdiyi 6”d” sinif şagirdləri müxtəlif musiqi nömrələri,rəqslər, kiçik tamaşalar göstərmiş, novruz bayramına məxsus adət-ənənələrdən söhbət açmış, şeirlər söyləmişlər.Tədbirdə iştirak edən məktəbin direktoru Həqiqət Gülalıyeva əməyi keçən hər bir kəsə təşəkkür etmiş, hamının bayramını təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi