Nailiyyətlərimiz

Şagirdimizin daha bir uğuru.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, ”8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq gənclər inkişaf mərkəzinin dərnək üzvləri arasında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” adlı onlayn şeir və esse müsabiqəsində esse nominasiyası üzrə məktəbimizin şagirdi Mirzəbabalı Mirvari II yerin qalibi olaraq diplomla təltif edilmişdir. İstedadlı şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

Şagirdimizin daha bir uğuru.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman - məktəbinin təşkilatçılığı ilə keçirilən şahmat üzrə təsnifat turnirində III dərəcə uğrunda mübarizə aparan məktəbimizin 5 "a" sinif şagirdi Qayıbova Hüsniyə II yerin qalibi olaraq medalla və diplomla təltif edilmişdir. İstedadlı şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

Şagirdimiz “Narkomaniyaya yox deyək” adlı rəsm müsabiqəsində III yerin qalibi olaraq diplomla təltif edilmişdir.Məktəbimizin 7”c” sinif şagirdi Əliyeva Aidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniyaya yox deyək” adlı rəsm müsabiqəsində III yerin qalibi olaraq diplomla təltif edilmişdir. İstedadlı şagirdimizi təbrik edir , ona uğurlar arzulayırıq.

HAQQIMIZDA

     Bakı şəhəri Nizami rayonu 210 №-li tam orta məktəb 1966-cı ildən fəaliyyətə başlamışdır. Yarandığı gündən etibarən məktəbdə t...

BİZİM FƏXRLƏRİMİZ

Olesya Qul Oleq

Elza Əlizadə Vəkil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi