Nailiyyətlərimiz

Şagirdimiz “Mübariz” İdman Klubunun Açıq Birinciliyi yarışında I yerin qalibi olaraq diplomla təltif edilmişdir.210 nömrəli tam orta məktəbin 2”A”sinif şagirdi Əsgərov Hüseyn Gənclər və İdman Nazirliyi və Azərbaycan Kyukoşindo Təşkilatının birgə keçirdiyi 8-9 yaş, 25 kq. çəki dərəcəsində “Mübariz” İdman Klubunun Açıq Birinciliyi yarışında I yerin qalibi olaraq diplomla təltif edilmişdir. İdmançı şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

Şagirdimiz qələbə qazanaraq I yerə layiq görülmüşdür.Gənclər və İdman Nazirliyi Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən, II Qarabağ müharibəsinə həsr olunmuş “Dəmir yumruq” adlı turnirdə məktəbimizin 5”b” sinif şagirdi Minacəddinov Firudin qələbə qazanaraq I yerə layiq görülmüş və diplomla təltif edilmişdir.İdmançı şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

Şagirdlərimiz diplomlarla təltif edildi.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Nizami Rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 Yanvar Qəhrəmanlıq Tariximiz”mövzusunda onlayn rəsm müsabiqəsində orta yaş qrupu üzrə 210 nömrəli məktəbin şagirdi Sorokina Anastasiya I yerin,31 Mart “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş rəsm müsabiqəsində orta yaş qrupu üzrə Volkova Valeriya II yerin,8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sülh və sevgi simvolu-zəhmətkeş ana” mövzusunda keçirilən onlayn inşa müsabiqəsində Cümşüdlü Nuray III yerin qalibi olaraq diplomla təltif olunmuşlar.İstedadlı şagirdlərimizi təbrik edir,onlara uğurlar arzulayırıq.

HAQQIMIZDA

     Bakı şəhəri Nizami rayonu 210 №-li tam orta məktəb 1966-cı ildən fəaliyyətə başlamışdır. Yarandığı gündən etibarən məktəbdə t...

BİZİM FƏXRLƏRİMİZ

Elvin Zeynalov Müşfiq

Fərhad Şırəliyev İlham

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi