21 Fevral - Beynəlxalq Ana Dili Günü

   21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. 

   Dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.

   İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

   2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

   Bu günü 210 №-li tam orta məktəb də təntənə ilə qeyd edir. Bir çox tədbirlər təşkil olunur, ana dilimizə uyğun stendlər hazırlanır.

   21 fevral məktəbin akt zalında Azərbaycan dili müəllimləri Nailə Həsənova və Vəfa Məmmədovanın təşkilatçılğı ilə bayram tədbiri keçirildi. Şagirdlər tədbirdə ana dilimizə həsr olunmuş bir neçə şeir nümunələri söylədilər, görkəmli yazıçılarımızın dilimizə aid əsərlərindən götürülmüş parçaları tamaşa şəklində nümayiş etdirdilər, dilimizə uyğun bəstələr ifa etdilər.

   Ana dilinə qayğı göstərilməsi o dilin ömrünü neçə yüzilliklər bundan sonra da uzanmasına səbəb olur. Dilsiz xalq heç zaman öz keçmişini tanımaz, ulu əcdadları ilə fəxr edə bilməz. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir. Ana dilimiz dövlət dilidir, dünyanın hər yerində bu dilə hörmət-ehtiram var. Himnimiz ana dilimizdə səslənir.   

   Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim borcumuzdur.

https://youtu.be/sgujZOfnEzQ

https://youtu.be/iep-Yv3TPeE

https://youtu.be/03n3qWvWG9I

https://youtu.be/1VO-JOkMKh0

https://youtu.be/e-aIS-ade9Y

https://youtu.be/VJu6jLwbPh4

https://youtu.be/sROVRfusjEQ

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi