Monitorinq - IX sinifər

 Dekabrın 14-ü 210 №-li tam orta məktəbdə növbəti monitorinq imtahanı təşkil olundu. Monitorinq IX siniflərdə keçirildi. monitorinq imtahanında əsas fənnlərdən olan ana dili (Azərbaycan bölməsi şagirdləri üçün Azərbaycan dili, rus bölməsi şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə monitorinq imtahanlarında iştirak edən IX sinif şagirdləri  sualları cavablandırmağa çalışıblar.

  Monitorinq imtahanlarının keçirilməsinin məqsədi təhsildə keçirilən islahatların, yeni tədris proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin, şagirdlər tərəfindən bu proqramların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, müəllimlərin tədris prosesi zamanı proqramların tədrisində üzləşdiyi çətinliklərin müəyyənləşdirilməsi, üzə çıxarılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi