Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəblərarası "İntellektual yarış" keçirilib
Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə məktəbdə "Tarix yaradan şəxsiyyət" adlı məktəblilərarası"İntellektual yarış" keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələr sektorunun müdiri Günay Qurbanova, Yasamal Rayonu icra Başçısının müavini Təravət Muradova, “Xatirə “kitabının baş redaktoru, yazıçı Nəzakət xanım, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak edib.Yarışda münsif qismində Yasamal rayonu YAP-ın sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsinin dekanı, siyasi elmlər doktoru , professor Elçin Əhmədov, "Zəkalar" liseyinini hərbi rəhbəri, yazıçı publisist, jurnalist İbrahim müəllim iştirak edib. Yarışda Yasamal məktəblərindən-21, 53,60, 158 və 308 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət komandalar iştirak edib. Yarış iki hissədən ibarət ibarət olub. I hissə intellektual yarışdan, II hissə "Heydər Əliyev və Azərbacan təhsili", "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" adlı konfransdan ibarət olub. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, həmçinin Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən videoçarx nümayiş etdirilib. Sonra komandalar arasında gərgin yarış keçiriib. yarışın nəticələrinə görə məktəbimizin "Lder" komandası I yerə, 158 nömrəli tam orta məktəbin komandası II yerə, 308 nömrəli tam orta məktəbin komandası isə III yerin sahibi olub. II hissədə "Heydər Əliyev və Azərbacan təhsili", "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzularında konfrans keçirilib. Konfransda çıxış edənlər ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafının bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tutub, təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir. Sonda şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.