“Milli Musiqi” günü

Məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi “ Milli Musiqi” günü münasibəti ilə Gülnar Abdullayevanın iştirakı ilə seminar keçirildi. Seminarda milli mədəniyyətə daim böyük diqqət ayıran Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad gününün ölkədə Milli Musiqi Günü kimi qeyd edildiyi söylənildi. Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyi bir daha diqqətə çatdırıldı. Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları dinlənildi. Gülnar Abdullayeva çıxış edərək bildirdi ki, ən gözəl musiqi uşaq səsidir. Qoy həmişə məktəbimizdən şagird səsi əskik olmasın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi