2024/2025-ci dərs ilinin ilk dərsləri
Sentyabrın 16-da 209 nömrəli tam orta məktəbdə də 2024/2025-ci dərs ilinin ilk dərsləri başlandı. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən və təhsil sahəsində aparılan islahatlardan söz açdı. Daha sonra dərs ilinin başlanması ilə əlaqədar müəllim və şagird kollektivinə uğurlar arzulandı. Tədbir balaca fidanların çıxışları ilə davam etdi.