Valideyin iclası

Şagirdin hərtərəfli şəxsiyyət kimi inkişafı üçün məktəb və ailənin birgə fəaliyyəti danılmazdır. Bu münasibətin peşəkar həyata keçirilmə yolu valideyin iclaslarının mütəmadi təşkilindədir.

Bu məqsədlə vaxtaşırı məktəbimizdə rəhbər işçilər, müəllim və valideyinlərin iştirakı ilə valideyin iclasları təşkil edilir. Növbəti belə valideyin iclası IX sinif şagirdləri üçün Bakı Baş Təhsil İdarəsi tərəfindən keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələrinin təhlilinə həsr edildi.

İclası giriş sözü ilə açan məktəbin direktoru S.Seyidova, Bakı Baş Təhsil İdarəsinin  keyfiyyətə nəzarət sektoru tərəfindən aparılan 2018- 2019 cu tədris ili üzrə məzunların buraxılış imtahan nəticələrinin təhlilinə əsasən 207 saylı tam orta məktəbin reytinq göstəricisində respublika üzrə 9- cu yerdə olmasının daha bir uğurumuz olduğunu vurğuladı. S.Seyidova bildirdi ki, bu uğurlarımızın davamlı olması üçün valideyn, məktəb və şagird üçbucağı düzgün qurulmalı, valideyinlər məktəblə daim əlaqə saxlamalıdırlar.

İclasda həmçinin müəllim və valideyinlər də öz fikir və təkliflərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi