9 Noyabr Dövlət Bayrağı Günü

Bu gün məktəbimizdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Ulu Öndərin Dövlət bayrağı haqqında söylədiyi fikirlər videoçarx vasitəsilə göstərildi.

Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib,mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Şagirdlərin hazırladıqları təqdimatlar, rəsmlər tədbir iştirakçıları tərəfindən bəyənildi.

Sonda məktəb rəhbərliyi tərəfindən şagirdlərə həmişə bayrağımızı uca tutmaq və zirvələrdə dalğalandırmaq tövsiyyə edildi.

O gün gələcək Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə rəşadətli ordumuz tərəfindən torpaqlarımız düşmən işğalından azad ediləcək,üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi