Uşaq Hüquqları

207 saylı tam orta məktəbində VI-X sinif şagirdlərilə “Uşaq Hüquqları” haqqında tədbir  keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Y.Paşayeva şagirdlərə “Uşaq Hüquqları” haqqında qanunun maddələri, uşaqların hüquqları, qanunun yerinə yetirilməsi sahəsində onların üzərinə  düşən vəzifələr barədə şagirdlərə məlumat verdi.

Həmçinin məktəbin Uşaq Birliyi rəhbəri N.Tağıyeva hazırladığı video çarxda uşaqlara  onların qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələrini izah etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi