Çörək zavoduna ekskursiya

Ətraf mühiti dərslik vasitələri ilə dərk etmək heç də maraqlı olmur. Elə bu səbəbdən müəllimlər daim çalışmalıdırlar ki, şagirdlərin dünyagörüşləri artsın.

Bu məqsədlə 3 Ç sinif şagirdləri G. Vəliyevanın rəhbərliyi ilə çox maraqlı ekskursiyaya – çörək zavoduna yolandılar.

Ekskursiyanın əsas məqsədi şagirdləri çörək bişirmə prosesi ilə tanış etmək, şagirdlərdə iqtisadiyyata, təbiətə maraq oyatmaq və sərvətlərdən düzgün istifadə etməyi öyrətmək olub.

Ekskursiya zamanı zavodda şagirdlərə çörəyin hazırlanma texnologiyası izah olundu. Daha sonra istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə uşaqlara ətraflı məlumat verildi. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edildi. Daha sonra texnoloqlar ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verərək hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaratdılar.

Sonda ekskursiya iştirakçılarına hədiyyə olunub, xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi