Cahana sığmayan şair

Bu gün Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə Yaxın və Orta Şərqin böyük şairi İ.Nəsiminin 650 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi.

Nəsimi poeziyasındakı humanizm, dərin fəlsəfi fikirlər, kamil insan problemi şagirdlərin təqdimatında böyük həvəs və ustalıqla səslənirdi . Təqdimatlar geniş və əhatəli olmaqla yanaşı, səhnə tərtibatı çox zövqlə təşkil olunmuşdur.

V-XI sinif şagirdlərinin uğurlu çıxışlarından hiss olunurdu ki, onlar bu böyük şairin həyat və yaradıcılığını dərindən öyrənməyə çalışmışlar.

Eyni zamanda tədbirdə Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları;Əliyeva Yeganə, Yusifova Yeganə, Ömərova Vəfa, Cəfərova Ədilə iştirak etdilər.

 Məktəbin direktoru Sədaqət Seyidova çıxış edərək tədbirin yüksək ustalıqla hazırlanmasında əməyi olan müəllim və şagirdlərə minnətdarlığını bildirdi və  qeyd etdi ki, ölkə başçısının rəsmi sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu bir daha göstərir ki, Respublikamızın Prezidenti hər zaman digər sferalarla yanaşı ədəbiyyat sahəsini də daim diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin  yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın, mədəniyyətimizin bütün dünyada tədbiq olunmasına önəm verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi