Narkomaniya ümumbəşəri bəladır

Bu gün məktəbimizdə illik iş planının V bəndinə uyğun olaraq Nərimanov rayon polis idarəsi ilə birlikdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla şöbəsinin polis polkovnik leytenantı Məryəm Ömərova, Nərimanov RPİ-nin peşə və kadr işləri üzrə baş inspektoru polis polkovnik leytenantı Mehman Əliyev, Nərimanov RPİ-nin yetkinlik çatmayanların işi üzrə bölmənin rəisi polis leytenantı Ruslan Hüseynov, Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Tural Şahbazov iştirak edirdilər.

Tədbir şagirdlərlə, polis işçilərinin maraqlı diskusiyası, qarşılıqlı dialoqu və faktlara əsaslanan video çarxlar əsasında təşkil olunmuşdu.

Şagirdlərimiz tədbirdə çox fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi