18 oktyabr Müstəqillik günü
Bu gün Nərimanov rayonu 207 nömrəli məktəbdə 7a sinif şagirdləri “Müstəqillik günü” münasibətilə tədbir keçirdilər.
Tədbirdə vətənə, milli azadlıq hərəkatına, xalqımızın bugünkü firavan həyatına, müstəqilliyimizin qarantı olan ümummilli liderimiz H.Əliyevə aid şeirlər səsləndi.
Şagirdlər öz çıxışlarında dövlətimizin siyasi kursunu dəstəkləyən fikirlər söylədilər, böyük məhəbbətlə onların təhsili, fiziki tərbiyəsi üçün yaradılan şəraitdən söz açdılar.
Tədbir vətənpərvərlik nəğmələri ilə yekunlaşdı.
Məktəbin direktoru S.Seyidova şagirdlərin fəallığını alqışladı və onlara yeni-yeni uğurlar arzuladı.