Biz sizinlə fəxr edirik

2018- 2019 cu tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarında şagirdlərimizin nəticələri uğurlu olub. 89 nəfər məzundan 7 nəfəri fərqlənmə attestatına layiq görülüb.

Fərqlənmə attestatı alan şagirdlərimizdən Zeynallı Zeybə Rəfael qızı hər üç fəndən daha yüksək nəticə göstərdiyi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.

Biz Zeybəni təbrik edirik, ona daha yüksək zirvələri fəth etməyi arzu edirik.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Rəşad müəllimə isə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığımızı bildiririk. Çox sağ olun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi