31 Mart Azərbaycanlıların Soyqırım Günü

1998-ci ildə 31Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırım günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi sürətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XXəsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918 – ci ilin mart ayından etibarən əks inqilabçı ünsürlərlə mübarizə şuarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfi plan həyata keçirilməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. 31 Mart qurbanlarının anım günü məktəbimizdə qeyd olundu. 9A sinif şagirdi Həsənzadə Nəzrin soyqırım haqqında geniş məlumat verdi. Məktəbimizin tarix müəllimi Məlahət Quliyeva ermənilər tərəfindən törədilmiş vəhşilikləri və faktları bir daha şagirdlərin nəzərinə çatdırdı. 6 B sinif şagirdi Zeynallı Zeybə, Rəşidova Nərmin, İbişova Aynur, Babazadə Lütvina vətənpərvərlik mövzusunda şeirlər söylədi. 9 A sinif şagirdləri Nəbiyev Əli, Hasilova Günay, Hacıyeva Rəna, Hüseynov Rəcəb, Şıxıyev Adil iştirak etdilər. Sonda Sədaqət İsmayılova bu faciəni və soyqırımı unutmamaq üçün şagirdlərə öz tövsiyələrini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi