İlk zəng

Bu gün S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə "Bilik günü"nə həsr olunmuş "İlk zəng" tədbiri keçirilmişdir.

Tədbirdə çixiş edən məktəbin direktoru S. Seyidova ötən tədris ilinin yekunları və nailiyyətləri barədə hesabat vermiş, şagird və müəllimləri yeni dərs ili münasibəti ilə ürəkdən təbrik etmiş, onlara 2019- 2020-ci tədris ilində uğurlar arzulamışdır.

Nərimanov rayon İcra Hakimiyyəti adından çıxış edən məsul nümayəndə V. Zeynalov ölkə rəhbərliyinə Respublikanın bütün məktəblərində yaradılan gözəl şəraitə görə xüsusi təşəkkürünü bildirmiş, birincilərə uğurlar arzulamışdır.

Qonaq qismində çixiş edən T. Qədimova məktəbimizin məzunlarının ali məktəblərə qəbul imtahanlarında  göstəricilərinin yüksək olmasının məktəbdə düzgün qurulmuş uğurlu tədrisin nəticəsi olduğunu vurğuladı.

Şagirdlərin rəngarəng çıxışları ilə davam edən tədbir “İlk zəng”lə sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi