Pedaqoji şura

14.09.2019 cu il tarixində S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə 2019-2020 ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru S. Seyidova keçən tədris ilinin yekunları, IX və XI sinif şagirdlərinin DİM tərəfindən keçirilən  imtahanlardakı yüksək göstəriciləri, yeni dərs ilinə hazırlıqla əlaqədar məktəbdə aparılmış abadlıq işləri barədə pedaqoji şura üzvlərinə məlumat verdi.

Şura üzvləri həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-318 nömrəli, 06.09.2019-cu il tarixli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin icrası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumiləşdirilmiş vahid Tədbirlər Planı ilə tanış oldular.

S. Seyidova çıxışında cənab nazir Ceyhun Bayramovun ibtidai siniflərdə "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə- mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunmuş əmrlərini müəllimlərə tövsiyə etdi.

Sonda məktəbin direktoru S. Seyidova müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara 2019- 2020 ci tədris ilində uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi