“Tullantıdan Sənətə” adlı əl işlərindən ibarət sərgi
207 nömrəli məktəbin şagirdlərinin “Tullantıdan Sənətə” adlı əl işlərindən ibarət sərgisi olub. Məktəbin texnologiya müəllimi Ş.Musayeva şagirdlərlə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında söhbət aparıb. Şagirdlərə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan “Tullantıdan Sənətə” muzeyi haqqında məlumat verib.
Şagirdlər plastik qablardan, boş kibrit qutularından, kartondan, yararsız qələmlərdən hazırladıqları əl işlərini nümayiş etdiriblər.