Açıq səma altında dərs

Bu gün məktəbimizin coğrafiya müəllimə L.Mürsəliyeva 6 c sinfində "Üfüqün cəhətləri" mövzusunda açıq səma altında dərs keçdi. Dərsdə şagirdlərə cəhətin kompasa görə, ağacların gövdəsində bitən mamıra görə, günəş saatına görə təyini öyrədildi. Şagirdlərlə birlikdə məktəbin həyətyanı sahəsində cəhətlərin müəyyən edilməsi praktikası keçirildi. Praktika ilə şagirdlər cəhətlərin təyinini əyani şəkildə görərək başa düşdülər.

Mövzu şagirdlər tərəfindən daha tez və yaxşı mənimsənildi.

Dərs şagirdlərdə çox böyük ruh yüksəkliyi yaratdı və belə dərslərin sayının çox olmasını arzuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi