“İnsan hüquqlarının qorunması və uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusunda Dəyirmi masa

29 may tarixində tarix müəllimi M.Quliyevanın iştirakı ilə məktəbimizin VIII və IX sinif şagirdlərinin birgə təşkil etdikləri Dəyirmi masa İnsan hüquqlarının qorunması və uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusuna həsr edilmişdi.

M.Quliyeva giriş sözü ilə çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının təminatının, o cümlədən uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. M.Quliyeva qeyd etdi ki,  Azərbaycan Respublikasının dahi şəxsiyyəti , Ulu öndər Heydər Əliyev uşaqlara çox böyük diqqət və qayğı göstərmişdir. Qürurla qeyd etmək lazımdır ki,  Ulu öndər Heydər Əliyevin uşaqlara olan daimi diqqət və qayğısı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın I Vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən çox böyük uğurla davam etdirilir, Respublikamızda gedən yüksək inkişaf, hər il istifadəyə verilən yaşayış evləri,  məktəb və uşaq bağçaları uşaqların hüquqlarının qorunması üçün görülən tədbirlər buna canlı misaldır.

Həmçinin şagirdlər “Uşaq hüquqlarının qorunması”, “Erkən nikaha yox de!”, “Narkomaniyaya yox deyək!”, “Siz öz hüquqlarınızı bilirsinizmi?”  kimi başlıqlar altında hazırladıqları esse və təqdimatları yoldaşları ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi