NOVRUZ BAYRAMI

Novruz baharın ilk günü, təbiətin canlanmas, torpağın oyanması bayramıdır. Mənaca yeni gün adlanan bu bayram, milli mədəniyyətimizdən qaynaqlanan mənəvi dünyamızın bayramıdır. Azərbaycan xalqı Novruz bayramını ənənələrinin yaşadılmasında və qorunub saxlanılmasında 2 böyük dühanın adını unutmur. Birinci, fəaliyyətində milli ruhun dirçəldilməsində, Azərbaycan mədəniyyətinin və məvəviyyətinin çiçəklənməsində əsas yer tutan ümummilli liderimiz Heydər Əliyev, digəri isə siyasi fəaliyyəti ilə tanınan Şıxəli Qurbanovdur. Novruz sülh, səadət, sevinc, barış, mehribanlıq kimi keyfiyyətləri özündə cəmləşdirdiyi üçün onu hamımızın sevimlisi edir. Novruz xalqımızın milli həmrəyliyimizin rəmzidir. Novruzun timsalında milli mədəniyyət nümunələrinin qorunub saxlanılması həm də bəşəri əhəmiyyətli hadisədir Novruz Bayramı münasibətilə məktəbimizin V A sinif şagirdi Yolçuyev Sərhəddin,VI A sinif şagirdləri Həsənzadə Kənan, İbrahimova Xədicə, Ələkbərova Dilbər, VI B sinif şagirdləri Zeynallı Zeybə, Babazadə Lütvinə, Poladov Ağarəhim, Gülməliyev Cəfər, İbrahimov Aynur, IX A sinif şagirdi Hasilova Günay, Hüseynov Rəcəb və.s şagidlər çıxış etdilər. Novruz bayramının adət və ənənələri haqqında məlumat verildi. Tapmacalar, bayatılar, şeirlər söylənildi. İlk dəfə baharın gəlişini bizə çatdıran qaranquş haqqında şeirlər, Novruzun simvolik rəmzlərindən olan səmənin obrazını yaradan İbrahimoa Xədicənin çıxışı xüsusi maraq doğurdu. Xor dərnəyinin üzvlərinin ifasında mahnılar oxundu. Gün o gün olsun ki, möhtəşəm Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd edək. Bayramınız mübarək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi