Pedaqoji Şuranın iclası

Bu gün 207 nömrəli məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

İclas açıq elan olunduqdan sonra məktəbin direktoru S.Seyidova pedaqoji heyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələri  direktorlarının iştirakı ilə keçirilən müşavirədə bəhs olunan Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlər və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərlə tanış edib.

İclasda həmçinin IX, XI sinif şagirdlərinin imtahan nəticələri müzakirə edilib, böyük summativ qiymətləndirmənin keçiriləcəyi fənlər üzrə imtahan komissiyasının tərkibi təsdiqlənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi