Dəyirmi masa

207 nömrəli məktəbin kitabxanasında Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yeri olan ictimai xadim, publisist, novator yazıçı, dramaturq, XX əsrin əvvəllərində Azərbaycanda və türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə şagirdlərə məlumat vermək məqsədi ilə Dəyirmi masa təşkil olundu.

Ədəbiyyat müəllimi S.Mustafayeva Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərindən, xüsusilə həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini özündə əks etdirən “Molla Nəsrəddin” jurnalı barəsində danışdı.

Kitabxana müdiri M.Məmmədova öz çıxışında bir çox ədiblərin əsərlərinin yenidən nəşr və tədqiqində Ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı olduğunu bildirdi. Bu ədiblərdən biri də Cəlil Məmmədquluzadədir. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

Dəyirmi masa şagirdlərin ədibin əsərlərindən səhnələşdirdikləri kiçik səhnəciklərlə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi